“Qalatasaray”dakı azərbaycanlıdan Almaniyada MÖHTƏŞƏM QOL - VİDEO

3 İyul 2022 20:40 Bizimkilər 1 233
“Qalatasaray”dakı azərbaycanlıdan Almaniyada MÖHTƏŞƏM QOL - VİDEO

“Qalatasaray” bir müddət öncə azərbaycanlı futbolçu ilə müqavilə bağladı.

Bununla da 2011 doğumlu Kənan Həsənov “cim-bom”un tarixində ilk azərbaycanlı oldu.

Futbolçu bacarığı ilə Türkiyə nəhənginin U-11 komandasında adından söz etdirən Kənan məşqçilərin rəğbətini qazanmaqdadır.

“Qalatasaray”ın müvafiq yaş qrupu hazırda Almaniyanın Hannover şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edir.

Komandasının aparıcı simalarından olan Həsənov yarışda özünü yaxşı tərəfdən göstərməkdə davam edir.

O, oyunların birində topu qəbul edərək xeyli irəliləyib və sağ ayağının işlək olmasına baxmayaraq, sol ayağı ilə möhtəşəm qola imza atıb.

Həmin qolun görüntüsünü təqdim edirik:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti