Adı "Neftçi" və "Qarabağ"la hallanan futbolçumuz vətənə qayıdır? - MENECERİ AÇIQLADI

18 Yanvar 2022 22:20 Bizimkilər 3 601
Adı "Neftçi" və "Qarabağ"la hallanan futbolçumuz vətənə qayıdır? - MENECERİ AÇIQLADI

"Fəridlə bağlı elə bir düşüncəmiz yoxdur".

Bunu Sportinfo.az-a açıqlamasında Fərid Nəbiyevin ölkəmizə qayıtması ilə bağlı yayılan iddialara münasibət bildirərkən meneceri Vaqif Heydərli deyib.

Hazırda Çexiyanın "Viktorya" komandasında legioner həyatı yaşayan Nəbiyevin adı yerli klublarımızla bərabər çəkilir.

"Neftçi" və "Qarabağ"ın timsalında bir neçə klubumuzun onunla maraqlandığı deyilir. 5 ilə yaxındır ölkə xaricində çıxış edən yarımmüdafiəçinin vətənə qayıdacağı bildirilir.

Amma Vaqif bəy hazırkı durum üçün bu ehtimalları yaxın buraxmadı:

"Bəlkə də kimsə maraqlanıb, soruşub, amma bizə qədər gəlib çıxan olmayıb.

İndiki halda Fəridin Çexiya klubu ilə müqaviləsi var. Hazırda da qış təlim-məşq toplanışında iştirak edir.

Yaxın zamanlarda onun karyerası ilə bağlı dəyişiklik gözlənilmir. Ancaq mövsümün sonu necə olacağını, nə olacağını zaman göstərəcək".

"Qəbələ"nin yetirməsi olan Fərid Nəbiyev “Viktoriya”dan əvvəl 2017-2020-ci illəri Çexiyanın digər təmsilçisi “Slaviya”nın əvəzedici komandasında keçirib.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?