Mahir "Qarabağ"dan getməsinin səbəbini ilk dəfə açıqladı

27 Sentyabr 2021 12:40 Bizimkilər 1 835
Mahir "Qarabağ"dan getməsinin səbəbini ilk dəfə açıqladı

"Polşada çempionat çox təkmilləşib".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Legiya"nın hücumçusu Mahir Emreliyə məxsusdur.

Yayda "Qarabağ"ı Varşava klubuna dəyişən forvard Polşa Ekstraklasasına Azərbaycan Premyer Liqasından daha çox baxıldığını söyləyib:

"Transfer dönəmində bir neçə oyunçu yaxşı liqalara keçir. Bu səbəbdən, Azərbaycan çempionatına nəzərən daha yüksək nüfuza malikdir.

Daha çox potensial alıcıların maraqlandığı yerdir. "Legiya"ya keçməyimin ilk səbəbi də məhz budur.

Hamımızın gerçəkləşdirmək istədiyi xəyalları var, amma əvvəlcə prosesi başlamaq üçün addım atmalısız. Mən də Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım.

Sevdiklərimlə, hətta "Qarabağ"ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim ki, bundan sonra hara getməliyəm?

Qərara gəldik ki, "Legiya"nın qurduğu sxem bizə ən uyğunudur. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti