Azərbaycanlı futbolçu vurduğu qola niyə sevinmədi? - VİDEO

28 Yanvar 2021 09:20 Bizimkilər 1 111
Azərbaycanlı futbolçu vurduğu qola niyə sevinmədi? - VİDEO

"Albasete"də çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Sequndada növbəti qulunu vurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi XXII turda "Alkorkon"la matçda fərqlənib.

O, 30-cu dəqiqədə komandasını hesabda önə çıxarıb. İsrafilov sabiq komandasına vurduğu baxımlı qoldan sonra sevinməyib.

Görüş "Albasete"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 21 xalla 22 komanda arasında 18-19-cu pilləri bölüşür.

2019-cu ilin yayından "Albasete"də çıxış edən Eddi İsrafilov 2018/2019 mövsümündə "Alkorkon"un formasını geyinib.

İsrafilov 2019-cu ilin avqustun 12-də “Albasete” ilə dörd illik müqavilə bağlayıb. O, cari mövsüm bu komandada ikinci qolunu vurur.

O, 2020-ci ildə Azərbaycan yığmasının heyətində Millətlər Liqasının oyunlarında iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti