Azərbaycanlı məşqçi Rusiya klubunun nə qədər qazanacaq?

18 Yanvar 2021 11:40 Bizimkilər 1 116
Azərbaycanlı məşqçi Rusiya klubunun nə qədər qazanacaq?

Bildiyiniz kimi, Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva MOİK-də fəaliyyətə başlayıb.

Rusiya Premyer Liqa təmsilçisi onu əsas komandaya götürüb.

48 yaşlı mütəxəssis komanda ilə İspaniyaya - təlim-məşq toplanışına yollanıb.

Millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb. O, 3 il öncə Qurban Qurbanov tərəfindən yığmaya qaytarılıb.

Daha sonra Nikola Yurçeviç və Canni De Byazi ilə çalışıb. Və bundan sonra iki yerdə işləyəcək.

AFFA son anda buna razılaşıb. Federasiya rəhbərliyi əvvəlcə Kramarenkoya “ya ora, ya da bura“ desə də, De Byazinin məsləhəti ilə güzəştə gedib.

Razılaşmaya əsasən, o, yayadək həm milliyə, həm də Rusiya klubuna xidmət göstərəcək.

Premyer Liqa təmsilçisi işindən razı qalarsa, onunla müqavilə müddətini daha 1 il uzadacaq. Onadək isə Kramarenko MOİK-də ayına 6000 dollar maaş alacaq.

SPORTİNO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı