“Azərbaycan millisindəki performansı ona olan fikri qismən dəyişib”

22:30 Bizimkilər 146
“Azərbaycan millisindəki performansı ona olan fikri qismən dəyişib”

Toral Bayramovun Azərbaycan millisinin heyətindəki çıxışı klubu “Bursaspor”dakı durumuna təsir edə bilər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşl cinah oyunçusunun baxımlı oyunu I Liqa klubunun məşqçilər korpusunu sevindirib.

Tacikistanla yoldaşlıq oyununda qələbə qolunu vuran Toral Millətlər Liqasında Litva ilə matçda 30, Lixtenşteynlə qarşılaşmada isə 90 dəqiqə meydanda olub.

O, xüsusən də son görüşdə qapıya 3 zərbə, 4 açar ötürmə, 83 faizlik ötürmə dəqiqliyi ilə yadda qalıb.

Türkiyə mətbuatında bu gedişlə Bayramovun “Bursaspor”da əsas heyət üzvünə çevriləcəyi yazılıb:

“Halbuki Toral buradan heç də yaxşı ayrılmamışdı. Bursada azarkeşlər də onu istəmirdilər. Ancaq Azərbaycan millisindəki performansı futbolçuya olan fikri qismən dəyişib.

O, millisində daha təcrübəli və keyfiyyətli görünür. Bu çıxışı kluba da daşıya bilsə, “Bursaspor”a böyük fayda verər”.

Digər Xəbərlər
Xəbər Lenti