Azərbaycan yığmasının hücumçunu bəyənir: “Nə etdiyini başa düşür”

7 Oktyabr 11:00 Bizimkilər 523
Azərbaycan yığmasının hücumçunu bəyənir: “Nə etdiyini başa düşür”

Sportinfo.az “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, “Bukovina”nın (Ukrayna) baş məşqçisi Sergey Şişenko Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovu transfer etmək qərarından danışıb.

Çernovçı təmsilçisinin çalışdırıcısının sözlərinə görə, komanda transfer pəncərəsi zamanı hücum mövqeyi üçün Danilo Kravçuku nəzərdən keçirib.

Bukovina sonradan Azərbaycan millisində, eləcə də Almaniya və Türkiyə çempionatlarında oynamaq təcrübəsi olan Dadaşovu seçib:

“Renat əsl hücumçu, əsl doqquz nömrəli, yaxşı oyun səviyyəsinə və nə etdiyini başa düşən futbolçudur. O, oyunlarımızı izləyib və necə oynadığımızı müşahidə edib.

İlk məşqlərdən aydın olurdu ki, Renat futbol meydançasında nə etmək lazım olduğunu başa düşürdü”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?