Avropa çempionatına Albaniya üzərində qələbə ilə başladıq

24 İyul 2024 01:30 Basketbol 530
Avropa çempionatına Albaniya üzərində qələbə ilə başladıq

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Albaniya olub.

Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 72-53 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) seçilib.

Millimizin qrupdakı növbəti oyunu 24 iyul Bakı vaxtı ilə saat 19:00-da Gürcüstan yığmasına qarşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM