
AFFA tərəfindən təşkil olunan Region Liqası turnirinin 2020/21-ci il mövsümünə bu il oktyabrın 24-dən etibarən start verilməsi planlaşdırılır.
Sportinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq, bugündən etibarən qeydiyyat prosesinə başlanacaq.
Qeydiyyat oktyabrın 15-dək davam edəcək. Ötən mövsümlərdə turnirdə iştirak etmiş komandalar Qeydiyyat və statistika şöbəsinə ([email protected]), yeni qoşulmaq istəyən komandalar isə [email protected] ünvanına müraciət edə bilər.