
Kiyev “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev gəzintidən sonra səhhətinin pis olmasından şikayətlənib.
35 yaşlı keçmiş yarımmüdafiəçi bununla bağlı “İnstagram” hesabından paylaşım edib.
Əliyev daha öncə koronavirus pandemiyasını “feyk” adlandırmışdı. O, izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub:
“Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə, öskürək var. Bu, nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası var? Bu gün gəzintiyə çıxmışam".