Bakıda kütləvi davanın günahkarları və xəbərdarlıq - VİDEO

25 Fevral 2020 18:20 Azərbaycan Futbolu 784
Bakıda kütləvi davanın günahkarları və xəbərdarlıq - VİDEO

U-15 Liqasında keçirilən “Qarabağ” - “Sabah” oyunu başa çatdıqdan sonra meydan sahiblərinin futbolçusu İbrahim Hacı və qonaqların oyunçusu Əmirxan Qurbanov arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, daha sonra digər futbolçular - Ramin Vəliyev, Nihad Abbasov (hər ikisi “Qarabağ”), Ramin Vəliyev, Nihad Abbasov və Hüseyn Yusubov (hamısı "Sabah") davada iştirak edib.

Bu səbəbdən adları qeyd edilən oyunçuların hər biri İntizam Komitəsi (İK) tərəfindən 6 oyunluq cəzalandırılıb.

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən "Qarabağ"a 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib.

Eyni zamanda məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə, daha ciddi sanksiyaların tətbiq ediləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!