COP29

Görün, nə var - Yalnız “Kəpəz”, “Neftçi” və “Qarabağ”

2 İyun 01:10 Azərbaycan Futbolu 1 338
Görün, nə var - Yalnız “Kəpəz”, “Neftçi” və “Qarabağ”

Azərbaycan kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1993/1994 mövsümündə “Kəpəz”, 1994/1995 mövsümündə “Neftçi”, 2015/2016 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib.

“Zirə” finalda qalib gəlsə, bu üç komandanın bacardığını təkrarlayacaq. Rəşad Sadıqovun yetirmələri finala qədər keçirdiyi 5 matçda qalib gəliblər.

Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.

İyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək “Qarabağ” – “Zirə” matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?