Bir FOTOda canlanan 90 dəqiqə

22 Aprel 2022 19:00 Azərbaycan Futbolu 614
Bir FOTOda canlanan 90 dəqiqə

Ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə" - "Neftçi" qarşılaşmasında tərəflərin gərgin mübarizəsinə şahidlik etdik.

Əslində matç haqqında çox da geniş danışmağa ehtiyac yoxdur.

Nə qol vuruldu, nə də qol epizodu yaradıldı. Gördüyümüz amansız mübarizə oldu.

Görüşdən çəkilmiş fotolara baxarkən bir şəkil diqqətimi daha çox cəlb etdi.

Sanki fotoqraf tərəflərinin 90 dəqiqəlik futbolunu bir fotoda canlandırmağı bacarmışdı. İzahı olmayan, meydandakıları özündə əks etdirən foto

Top kənarda qalıb, qonqalardan Maçado, meydan sahiblərindən Hacağa Hacılı və Cəlal Hüseynov yerdə qalıb özünü sanki başlarınız üzərini kəsmiş Sezar Meza Kollinin təpiyindən qorumağa çalışırlar.

Kənarda qalan və topa ən yaxın olan Coşqun Diniyev də topu unudub nə baş verdiyinə baxır, anlamağa çalışır.

Görünən səhnənin isə tək adı var - mübarizə. Futbolda məşhur bir deyim var - "Topa görə başını rəqibin təpiyinin altına qoymaq". Bax, bu mübarizə o mübarizədir.

Tək bu epizod yox, elə 90 dəqiqə aşağı-yuxarı bu istək və əzmlə keçdiyini deyə bilərik.

Gənc mütəxəssislər yetirmələrinə elə yüksək motivasiya vermişdi ki, hər biri 90 dəqiqə başını təpik altına atmağa da hazır idilər. Sadəcə bu foto həmin 90 dəqiqəlik mübarizənin əyani göstəricisidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!