Naxçıvanda Futbol Həftəsi

22 Sentyabr 2021 00:00 Azərbaycan Futbolu 431
Naxçıvanda Futbol Həftəsi

UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 19 sentyabr tarixində Naxçıvan şəhəri Uzunoba təlim-məşq bazasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Kütləvi Futbol Həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib.

Sportinfo.az xəbər verir ki, layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib.

Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib.

Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.

UEFA hər il futbolun kütləviliyinin arıtırılması məqsədilə Avropada “Kütləvi Futbol Həftəsi” keçirir. Qeyd olunan layihə üzrə növbəti tədbirlər sentyabrın 27-də Mingəçevirdə, 30-da isə Bakı şəhərində baş tutacaq.

Xəbər Lenti