Azərbaycan klublarının düşdüyü vəziyyət get-gedə PİSLƏŞİR

28 İyul 2021 14:20 Azərbaycan Futbolu 1 485
Azərbaycan klublarının düşdüyü vəziyyət get-gedə PİSLƏŞİR

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk günü başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmalardan sonra klubların UEFA reytinqində bəzi dəyişikliklər olub.

Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə də təsir edib. “Keşlə” və “Qəbələ” siyahıda geriləyib.

Bakı klubu 4,000 xalla Avropanın 267-cisidir. Paytaxt təmsilçisi 1 pillə geriləyib.

“Keşlə”ni keçən isə Albaniya “Teuta”sıdır. Farer adalarının təmsil edən HB isə bakılılara şəriklər sırasına qoşulub.

Farerlilərin irəliləyişi digər klubumuza təsir edib. 1 addım geriləyən “Qəbələ” isə 3,500 xalla 293-cü yerə düşüb.

Digər təmsilçilərimizin mövqeyi dəyişməz qalıb. “Qarabağ” 17,500 xalla 77-ci, “Neftçi” 7,000 xalla 151-cidir, “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 341-cidir.

Cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı