“Zirə" və "Sabah" Azərbaycana nə qazandırdı?

26 İyul 2024 11:20 Azərbaycan Futbolu 4 111
“Zirə" və "Sabah" Azərbaycana nə qazandırdı?

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb.

Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!