"Neftçi" qələbə qazanarsa, "Qarabağ"ın hegomonluğuna son qoyacaq"

18 May 2021 20:20 Azərbaycan Futbolu 1 148
"Neftçi" qələbə qazanarsa, "Qarabağ"ın hegomonluğuna son qoyacaq"

"Bu görüşü "Neftçi" "Xəzər-Lənkəran" arasında baş tutmuş qızıl oyunla müqayisə etmək düzgün deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında sabah baş tutacaq "Neftçi" - "Qarabağ" oyunu haqqında fikirlərini bildirən U-17 millimizin baş məşqçisi Samir Əliyev deyib.

"Neftçi" - "Xəzər Lənkəran" arasında keçirilmiş qızıl oyunun iştirakçısı olmuş veteran hücumçu həmin oyunun yerinin tamam başqa olduğunu bildirib:

"Həmin oyun tamam fərqli bir şey idi. "Xəzər-Lənkəran" ilk ilində çempion ola bilərdi. Bunlar fərqli şeylərdi.

Sadəcə, son illər ərzində çemponluğun taleyi ilk dəfə indi son tura qalıb deyə belə söhbətlər ortaya çıxıb. Bu oyun adi çempionat oyunudur və çempionluq həll olunur. "Neftçi" qələbə qazanarsa "Qarabağ"ın hegomonluğuna son qoymuş olacaq".

Gənc mütəxəssis çempionluğun taleyinin həll olunacağı oyun ərəfəsində yaranmış susqunluğu belə əsaslandırıb:

"Tək bu oyun yox, ümumiyyətlə, Azərbaycan futbolunun ətrafında susqunluq var (gülür). Sıradan bir oyun deyil. Ajotaj az hiss olunsa da belə oyunun əhəmiyyəti böyükdür.

Pandemiya səbəbindən oyunun azarkeşsiz keçirilməsi də bunda rol oynaya bilər. Bir də ajotajı kim yaradır? Təbii ki, media.

Sanki mediada da çox güclü təbliğat getmir. Amma buna baxmayaraq Azərbaycan futboluna yaxın olan insanlar arasında ajotaj var. Öz çevrəmdə dəqiq bu belədir.

Yaxın tanışlar "bir təhər oyuna sala bilərsənmi?" sualları ilə müraciət edirlər. Yəni marağında olanlar var. Yaxşı olardı ki, oyun azarkeşlərlə olsun. Amma qismət belə oldu".

Əliyev komandaların müdafiədən oynayacağını düşünmədiyini sözlərinə əlavə edib: "Məncə, maraqlı oyun gedəcək. Komandalar daha ehtiyatla davranslar temp aşağı ola bilər Amma buna inanmıram.

"Qarabağ"ı bir xal qane etsə də müdafiədən oynayacaqlarına inanmıram. Son bu neçə illər ərzində "Qarabağ"ın müdafiə futbolu oynamasını xatırlamıram".

Digər Xəbərlər
Xəbər Lenti