"Azarkeşlər Premyer Liqa deyir" - Bölgə klubundan

28 Aprel 2021 22:20 Azərbaycan Futbolu 1 173
"Azarkeşlər Premyer Liqa deyir" - Bölgə klubundan

Arxada qalan mövsümlər kimi yeni mövsüm də Premyer Liqada klub sayının artırılması gözlənilir. Əgər bu istək baş tutarsa, yəqin ki, ilk ağılan gələn klub "Turan Tovuz" olacaq. Yeni akademiyanın açılması da buna işarə ola bilər.

Amma belə məqamda klubda yaranmış vəziyyət heç də ürəkaçan deyil. Belə ki, uzun müddət lider olan komanda indi üçüncü yerdədir. Liderlik kürsüsündə isə "Neftçi-2" qərarlaşıb

Yaranmış vəziyyətlə bağlı komandanın baş məşqçisi İlham Yadullayev Sportinfo.az-a bunları deyib: "Gördüyünüz kimi gərgin mübarizə gedir. Sona 6 tur qalıb. Maksimum çalışıb yüksək yeri tutmaq istəyirik. Əsas hədəf bu oyunlarda yaxşı çıxış eləməkdir. Məqsədimiz mövsümü çempion kimi başa vurmaqdır".

Gənc mütəxəssis "Turan - Tovuz"un yeni mövsüm Premyer Liqaya buraxılması ilə bağlı gəzən söz-söhbətlərə isə belə reaksiya verib: "Vallah bunlar hamısı söz-söhbətdi. Düzü, bunları mən heç eşitmək istəmirəm. Mətbuatda yazılır, burda da azarkeşlər Premyer Liqa deyir. Amma bu gün mənim fikrim Birinci Divizondur".

Xəbər Lenti