"Neftçi"də narahatlıq: "Qurban Qurbanov bizə kubok verər?"

11 Fevral 21:20 Azarkeş 1 041
"Neftçi"də narahatlıq: "Qurban Qurbanov bizə kubok verər?"

"Neftçi" Azərbaycan Kubokunda mübarizəni davam etdirəcək.

"Ağ qaralar" 1/4 final mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq buna nail oldu.

Səfər meydanında "kimyaçılar"a 3:2 qalib gələn Bojoviçin yetirmələri doğma meydandakı bərabərliyə (1:1) rəğmən yarımfinala yüksələn tərəf oldu.

Amma tərəfdarlar sevimli klubunun uğuruna heç də doyunca sevinmir.

Kimisi baxımlı oyunun olmamasından şikayətlənir, kimisi də finalın biraddımlığında rəqibin "Qarabağ" olmasına.

Bunu klubun sosial şəbəkə hesablarına gələn rəylərdən görmək olar:

"Çox çətinlik çəkdilər. Oyunçular sanki ağırdılar".

"Oyun sıfır".

"Sumqayıt"la normal futbol oynaya bilməyən komanda "Qarabağ"la necə oynayacaq".

"Sumqayıt" əsl komanda olub, vallah".

"Yarımfinala çıxmağın nə xeyri var ki? Qurban bizə kubok verər?".

"Belə oyunla "Qarabağ"la oyunda heç nəyə ümid etmək olmaz".

"Sevinəcək nəsə yoxdur".

"Bu, oyun yox, əsəb idi".

"Sonrası?".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti