Sumqayıtda qalmaqal - "Neftçi" darmadağına doyunca sevinə bilmədi

8 Aprel 2023 22:20 Azarkeş 4 981
Sumqayıtda qalmaqal - "Neftçi" darmadağına doyunca sevinə bilmədi

"Neftçi" Premyer Liqanın 29-cu turunda "Sumqayıt"ı məğlub edib - 4:0.

Amma qonaq fanatlar sevimli komandalarının qələbəsinə doyunca sevinə bilməyiblər.

Belə ki, matçın sonlarına yaxın "ağ qaralar"ın tərəfdarları ilə polis arasında insident yaşanıb.

"Neftçi" azarkeşlərindən bir nəfər arenadan birbaşa polis bölməsinə aparılıb.

Buna etiraz olaraq "Forza Neftçi" azarkeş qrupunun digər üzvləri də qarşılaşmanın başa çatmasına təxminən 10 dəqiqə qalmış tribunaları tərk ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"