"Böyük mənəvi-maddi dəstək oldu, tək olmadığımı hiss etdim"

25 Mart 2023 17:00 Azarkeş 567
"Böyük mənəvi-maddi dəstək oldu, tək olmadığımı hiss etdim"

Bir neçə gün əvvəl "Qarabağ" azarkeşi olan Zəfər Hacılının vəziyyətinin yaxşı olmadığını, onun müalicəsi üçün pula ehtiyacı olduğunu diqqətinizə çatdırmışdıq.

Zəfərlə əlaqə saxlayıb, son durumu ilə maraqlandıq. Dəstək olanların olub-olmamasını öyrəndik.

Aldığımız xəbər sevindirici oldu. Belə ki, yayılan məlumatdan sonra ona çox sayda insan həm mənəvi, həm də maddi dəstək olub. Ən yaxşısı Zəfərin öz dilindən eşidək:

“Çox şükür, əlbəttə, xəbər yayılandan sonra çox böyük yardım oldu mənə. Həm maddi, həm də mənəvi. Sağ olsun, hərə gücü çatan qədər kömək etdi. 2700 manata ehtiyac vardı. Böyük hissəsi yığılıb. 1000 manat yaxın məbləğ qalır. İnşallah, o da yığılar.

Qara Qarayev öz sosial şəbəkə hesabında paylaşım etdi. Bundan başqa özümə də yazmışdı. Klubdan da mənimlə maraqlandılar.

Klubun rəsmi səhifəsi Instagram hesabından mənimlə bağlı paylaşım etdi. “İmarət Tayfa” da bu barədə paylaşmışdı. Bundan başqa heç tanımadığım insanlar zəng etdi, yazdı. Hər biri sağ olsunlar.

Mənim üçün bu barədə danışmaq nə qədər ağır, çətin olsa da sağlamlıq insanı məcbur edir. Düşünmədiyini etməyə vadar edir.

Allah hər kəsdən razı olsun. Həqiqətən mənim üçün böyük mənəvi-maddi dəstək oldu, tək olmadığımı hiss etdim. Allah hər kəsdən razı olsun".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”