"Kəpəz" düşərgəsində ilk dəfə - 7-dən 77-yə hər kəs...

18 Mart 2023 17:00 Azarkeş 779
"Kəpəz" düşərgəsində ilk dəfə - 7-dən 77-yə hər kəs...

“Kəpəz” “Neftçi” səfərindən gözlənilmədən xalla qayıtmağı bacardı.

Əzəli rəqiblərin gərgin keçən qarşudurması 2:2 hesablı bərabərliklə başa çatdı.

Qonaqlar bir xalı bəxt hesabına və ya ultura müdafiə olunmaqla yox, 90 dəqiqə “Neftçi”dən üstün futbol oynayaraq əldə etdi.

Əbəs deyil ki, Tərlan Əhmədovun yetirmələrinin parlaq çıxışı hər kəs tərəfindən xoş qarşılandı.

Elə yerli publikada da. Bilirik ki, Gəncədə hamının könlünün xoş eləmək asan deyil.

Hətta elə olub ki, “Kəpəz” öndə olduğu oyunda tribunalardan istefa sədaları eşidilib.

Bu mövsüm bəlkə ilk dəfə 7-dən 77-yə hər kəs komanda üzvlərini xoş sözlərə qonaq edib.

Bunu klubun sosial şəbəkə hesabına gələn rəylərdən görmək mümkündür:

"İki xal itirdik".

"Heç nədən hər şey düzəltmək olarmış. Bu məsəli Əhmədovun timsalında görmək olar".

"Kəpəz" ən yaxşı oyunun keçirdi. Qalib gəlməyə layiq idi. "Neftçi"dən qat-qat yaxşı oynadı".

"Qələbəyə bərabər heç-heçə. Afərin "Kəpəz".

"Əsl derbi həyəcanı vardı".

"Əla! Məşqçiləri, azarkeşləri təbrik edirəm. Uğurlarımız daimi olsun".

"Bütün "Kəpəz" sevərləri təbrik edirəm. Qərbdə yek komanda "Kəpəz"di".

"Neftçi"nin bəxti gətirdi".

"Gözəl və baxımımlı oyun nümayiş etdirən "Kəpəz"lə Gəncə fəxr edir".

"Premyer Liqanın ən gözəl oyunu idi".

"Artıq kollektivdə özünə inam var. Tərlan müəllim və futbolçulara təşəkkür bildirirəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"