"Ayxan Abbasov 3 il ərzində "Turan"ı Konfrans Liqasına çıxaracaq"

10 Mart 2023 20:00 Azarkeş 595
"Ayxan Abbasov 3 il ərzində "Turan"ı Konfrans Liqasına çıxaracaq"

Ayxan Abbasov daha 3 il “Turan Tovuz”da baş məşqçi olacaq.

Rəhbərlik bu barədə qərarın ictimaiyyətə dünən açıqladı.

Rəsmilərin təcrübəli mütəxəssislə bağlı verdiyi qərar yerli publikanın da ürəyinə yağ kimi yayılıb.

Bunu tərəfdarların klubun sosial şəbəkə hesablarında yazdıqları şərhlərdən görməmək mümkün deyil.

Tovuzlu futbol fanatları bütünlüklə Abbasovla onları işıqlı gələcək gözlədiyinə böyük ümid bəslədiklərini dilə gətiriblər.

Çoxsaylı şərhlərdən bir qismin sizə təqdim edirik:

"Ayxan çox ağıllı məşqçidir. Tovuzda gözəl günlər görəcəyik"

“Uğurlar, hoca. Sizin rəhbərliyiniz altında daha möhtəşəm “Turan” və Ayxan görəcəyik”.

“Əla! Bizə qalan özümüzünkülərdi, ordan-burdan gələn yox”.

“Ən gözəl addım bu idi. Layihəni həyata keçirməyə və istədiyini almağa lazım olan ən azı 3 il vaxtdır. İnşaAllah şərait yaradıldıqca nəticə də gələcək. Yeni rəhbərlik bəllidir ki, "bu gün gəldim, qazanım" prisipi ilə gəlməyib. Bu gün xərcləyim gələcəkdə qazanc gələcək prisipini üstün tutublar. Bu klub adına layiq olan yerə qalxmalıdır. Alqışa layiqdir. Uğurlar arzulayıram doğma yurdumun doğma komandasına”.

“Məncə, düzgün və zamanında verilmiş bir qərardı. Xeyirli və uğurlu olsun”.

“Təbriklər. Bu oldu iş. Bir illik müqavilə yola verməkdir”.

“Bizdə məşqçiyə zaman vermirlər. Bu baxımdan rəhbərliyi alqışlayıram. Pis başlamadı, pis getmir, amma bundan çox -çox yaxşı olmalıdır”.

“Xeyirli olsun. Ayxan müəllim “Turan”da gözəl işlər görür”.

“3 il ərzində bizi Konfrans Liqasına çıxaracaq, inşallah”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı