"Hanı tapdığınız sponsor? Yalandan “gətirdik, qoymadılar” demirsiz?"

7 Mart 2023 23:40 Azarkeş 1 053
"Hanı tapdığınız sponsor? Yalandan “gətirdik, qoymadılar” demirsiz?"

“Turan Tovuz”a yeni avtobusun alınması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Avtobusun Futbol İnkişaf Fondunun təşkil etdiyi aksiya sayəsində alınsa da, əslində, vəsaitin klubun yeni sponsor “Huner Group”un cibindən çıxdığı iddia olunur.

Fərqli mənbələrdə nəqliyyat vasitəsinin icarəyə götürüldüyünü əsas gətirənlər də var.

“Kəpəz”in sadiq azarkeşlərindən olan Müşviq Məmmədov isə məsələyə obyektiv yanaşaraq, “Kəpəz”in və Gəncə futbolunun hansı səbəbdən diqqətdən kənar qalması ilə bağlı status paylaşıb.

Məmmədov sosial şəbəkə hesabında yazdıqları ilə bir növ “niyə eyni münasibət “Kəpəz”ə göstərilmir” sualını verənləri susdurub:

"Kəpəz"ə yad gözü ilə baxırlarmış, "Turan"a avtobus aldılar, sizə yox ?

Layihə başlayandan bu yana 753 piksel satılıb , bu da edir 11295 manat. Bunlardan 256 piksel 4 nəfərin üzərinə düşüb ( 3840 manat ), təxmini 100 pikselə yaxın fan klub üzvlərinin, qalanını da ürəyi yananların.

Bəs, digərləri hanı? Hanı Gəncənin əfsanələri? Hanı biznesmenləri? Əminsiniz ki, Gəncəyə və yerli camaata futbol lazımdır? Layihə uğursuzdur ? Tamam.

Hanı tapdığınız sponsor? Yalandan “gətirdik, qoymadılar” demirsiniz? Onda adını açıqlayın, biz də bilək. Demirsinizsə, deməli, yalançısınız.

Gəncədə stadiona gələn azarkeş sayından hər şey bəllidir zatən. Camaata az camaata nağıl danışın. Hələ bir il əvvəl deyirdim, nostalji hislərinizi buraxın Gəncə çayına. Sıfırdan hər şeyə özünüz sahib olun.

Əvvəlcə bir işin altına əlinizi qoyun, sonra haqqınızı tələb edin. Edə bilmirsinizsə, deməli, zəifsiniz !!!

Tovuz camaatına eşq olsun! 8-9 il klubun yüksək liqada olmaması onların xeyrinə işlədi”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu