"Qarabağ" Qəbələdə "İmarət"siz qaldı - SƏBƏB VAR

5 Mart 2023 17:40 Azarkeş 1 371
"Qarabağ" Qəbələdə "İmarət"siz qaldı - SƏBƏB VAR

"Qarabağ" Premyer Liqanın 25-ci turunda "Qəbələ"nin qonağıdır.

Qəbələ şəhər stadionunda keçirilən matçda komanda alışdığımız dəstəkdən məhrumdur.

Belə ki, hər zaman görməyə alışdığımız "İmarət" azarkeş qrupu bu dəfə qonaq tribunada yer almayıb.

Səbəb fanatları gətirən avtobusun yolda xarab olmasıdır.

Ağdamlıların ən böyük azarkeş qrupundan fərqli olaraq "Qarabağ Ordu" az sayda üzvü ilə Qəbələdə komandaya dəstək olmağa gəlib.

Ümumilikdə isə oyunda maraq əvvəlki turlara nisbətən böyükdür. Tribunlardan təxminən 1500 nəfərdən çox azarkeş yer alıb.

Xatırladaq ki, hazırda ilk hissəsini oynanan qarşılaşmada meydan sahibləri 1:0 qalib gəlir.

Yeganə qolu "Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi "köhlən atlar"ın qapısından keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti