"Kəpəz" Premyer Liqada son iki turu qələbə ilə başa vurub.
Bu mövsüm ərzində ilk dəfə baş verir. Doğma meydanda "Şamaxı"nı üstələyən (3:2) qərb təmsilçisi "Sumqayıt" səfərindən də qələbə ilə (2:1) qayıtmağı bacardı.
Amma klub ətrafında yenə xoş mənzərə görmək mümkün deyil.
Kimisi uğura sevinir, kimisi uğursuzluq arzusundadır. Biri Tərlan Əhmədovu qərarlarının müdafiəsi ilə məşğuldur, digər komandanın uğurlu gələcəyi barədə.
Sonuncu mübahisə Kərim Əlikramov və Eldar Kəpəz adlı iki sosial şəbəkə istifadəçisi arasında yaşanıb.
Kerim adlı "Kəpəz" azarkeşi əvəzedici komandanın uğursuz çıxışını ələ salıb. Köməyə Tərlan Əhmədovun əsas komandadan uzaqlaşdırdığı və qış fasiləsində klubdan ayrılan Əli Səmədov və karyerasını bitirən Rauf Əliyevi çağırılıb.
Hər iki oyunçu da "Kəpəz-2"nin qışa qədər qələbə qazanmasında vacib qolları olmuşdu.
Onun istehzalı paylaşımına Eldar adlı fanatdan sərt reaksiya gəlib. O, Kerimi saxtakarlıqda, fitnə salmaqda günahlandırıb.
Təqdim edəcəyimiz fotoda hər iki tərəfin fikirləri ilə tam tanışa ola bilərsiniz.
Görünür, Gəncədə qarışıq durum nə qələbələrlə düzələndi, nə də yaxşı pillədə qərar tutmaqla. Bundan isə ziyan görən Gənc futbolu və "Kəpəz" komandasıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

