Belçikalılar "Gent"ə inanmır: "Qarabağ"la oyuna az bilet satılıb

22 Fevral 2023 11:00 Azarkeş 1 212
Belçikalılar "Gent"ə inanmır: "Qarabağ"la oyuna az bilet satılıb

Belçikada "Gent" və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Sportinfo.az "Nieuwsblad" nəşrinə istinadən xəbər verir ki, hələlik "Gelamko Arena"dakı qarşılaşma üçün 9 000 bilet alınıb.

11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir.

Nəşr marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib.

"Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!