"Neftçi"dən Mahmudov haqda dedilər: "Onun üçün ən gözəl variant "Qarabağ"dır"

29 Yanvar 2023 19:00 Azarkeş 3 935
"Neftçi"dən Mahmudov haqda dedilər: "Onun üçün ən gözəl variant "Qarabağ"dır"

“Neftçi” yeni ilə məğlubiyyətlə başladı. Komanda səfərdə məzmunsuz oyunla “Sabah”a asan təslim oldu – 0:2.

Uğursuz gedişdən ən çox narahatlıq keçirənlərdən biri isə Emin Mahmudovdur. Kapitan komandanın xoş gələcəyinə ümid edə bilmir.

Mətbuatda yazılanlara görə, hətta futbolçu indiki məqamda sevimli komandasından ayrılmağı belə düşünür.

Yayılan iddiada o da var ki, onun klubla yayda bitəcək müqaviləsini yeniləməkdə tərəddüd etməsi də bununla bağlıdır.

Artıq “Neftçi” fanatları da böyük ayrılığa hazırdılar. Bunu onların sosial şəbəkədə yazdıqları rəylərdən görməmək mümkün deyil. Belə ki, Emin Mahmudovun mümkün ayrılığının müzakirə olunduğu bir neçə azarkeş səhifələrində çox sayda “Neftçi”li futbolçunun belə qərar vermək ehtimalına haqq qazandırıblar:

“Peşəkarlıq nöqteyi nəzərdən baxanda bu cür oyunçu niyə avrokubokların qrup mərhələsində oynamasın ki? İllərdir “Neftçi”ni meydanda çiynində daşıyır və nəticə də yoxdur”.

“Emin getsə belə heç bir “Neftçi” azarkeşi inciməz”.

“Batan gəmini axırıncı kapitan tərk edər”.

“Emini qinamağa dəyməz .Çunki komanda üçün canını qoyur, amma komanda ona qarşılığını vermir. Bu da özünə hörmət edən “Neftçi” futbolçusunu razı sala bilməz”.

“Heyif ki gedir. Amma haqqlı olaraq gedir”.

“Peşəkarlıq nümayiş etdirib, bu illərdə kluba ürəyini, canını qoyaraq qazandığının haqqını verib. Qərarına hörmət qoymalıyıq”.

“Rəqib olsa da Eminin “Qarabağ”a getməsinə pis baxmıram. Adam can qoyur, ancaq qədrin bilmədilər”.

“Kimsə bir söz deyə bilməz. Hələ gecikib. Qardaş, get, yolun açıq və uğurların bol olsun”.

“Eminin ağlı varsa, “Neftçi”dən getsin”.

“Qaradaş, vallah çıx get. Ağlın olsun. Ən gözəl variant elə “Qarabağ”dır”.

Emin Mahmudov 2017-ci ildən paytaxt klubunun şərəfin qoruyur. 30 yaşlı yarımmüdafiəçi arxada qalan müddətdə meydana çıxdığı 171 oyunda 42 qol, 45 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"