
Avropa Liqasında V tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, C, E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.
Türkiyə təmsilçisi "Trabzonspor" Serbiyada "Srvena Zvezda"nın qonağı olub.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə qardaş ölkə təmsilçisi növbəti mərhələyə yüksəlmək şanslarını növbəti tura saxlayıb.
H qrupunda "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
İtaliya "Roma"sı səfərdə HİK-ə (Finlandiya) qalib gələrək pley-off şanslarını davam etdirib.
Turun bütün nəticələrindən sonra Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal" və "Mançester Yunayted", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad", Niderlandın PSV, Macarıstanın "Ferentsvaroş" və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.
27 oktyabr
A qrupu
20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə) - 2:0
20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç) - 2:1
Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:3
20:45. "Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa) - 3:3
Xal durumu: "Fənərbaxça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1
C qrupu
20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya) - 0:1
23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya) – 1:2
Xal durumu: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1
D qrupu
20:45. "Malmö" (İsveç) - "Yunion" (Belçika) - 0:2
20:45. "Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya) - 1:0
Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0
E qrupu
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova) – 3:0
23:00. "Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya) – 0:2
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
20:45. "Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka) - 2:1
23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland) – 1:0
Xal durumu: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5
G qrupu
23:00. "Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) – 1:1
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) – 2:1
Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2
H qrupu
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) – 1:1
23:00. "Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə) – 2:1
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6