"Qarabağ"la oyunu buraxacaq: “Tam hazır olanda komandaya qayıdacam”

5 Avqust 00:50 Avropa Liqası 684
"Qarabağ"la oyunu buraxacaq: “Tam hazır olanda komandaya qayıdacam”

Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Roman Salenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyunu buraxacaq.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə 21 yaşlı oyunçu özü danışıb.

O, artıq fərdi məşqlərə başladığını, lakin əsas komandaya ən tez 6-7 avqust tarixlərində qoşula biləcəyini söyləyib:

"Sağalma plan üzrə gedir. "Dinamo" təlim mərkəzində tam reabilitasiya keçirəm.

Tam hazır olanda komandaya qayıdacağam. Avqustun 6-sı və ya 7-də "Dinamo"nun əsas komandasına qoşulmağı planlaşdırıram".

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" ilk matçı avqustun 6-da keçiriləcək. Cavab görüşü isə həmin ayın 13-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!