“Beşiktaş” və “Benfika” növbəti mərhələdə - Avroliqada NƏTİCƏLƏR

01:50 Avropa Liqası 127
“Beşiktaş” və “Benfika” növbəti mərhələdə - Avroliqada NƏTİCƏLƏR

Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Qarabağ” səfərdə qarşılaşdığı ÇSKA-ya (Sofiya, Bolqarıstan) penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

“Beşiktaş” isə “Midtyulland” (Danimarka) ilə səfər oyunundan da qalib ayrılaraq növbəti raunda yüksəlib. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi doğma azarkeşləri önündə vacib qələbə qazanıb.

Qarşılaşmanın ilk yarısında qol vurulmayıb – 0:0. İkinci hissədə Danimarka klubunun azlıqda qalmasından istifadə edən “ağ-qaralar” təzyiqi artırıb. Meydana sonradan daxil olan Milot Raşitsa hesabı açıb.

76-cı dəqiqədə isə komandanın kapitanı Orkun Kökçü penaltini dəqiq yerinə yetirərək matçın yekun hesabını müəyyənləşdirib – 2:0.

Bu qələbə ilə III təsnifat mərhələsinə vəsiqə qazanan “Beşiktaş”ın növbəti rəqibi Norveçin “Tromsyo” klubunu mübarizədən kənarlaşdıran Çexiyanın “Hradets-Kralove” komandası olub.

Makkabi (Təl-Əviv, İsrail) – Şerif (Tiraspol, Moldova) 1:0 (5:0)
Hradeç (Çexiya) – Tromse (Norveç) 3:1 (1:0)
Midtyulland (Danimarka) – Beşiktaş (Türkiyə) 0:2 (0:1)
Pafos (Kipr) – Hayduk (Split, Xorvatiya) 4:0 (0:2)
PAOK (Yunanıstan) – Dinamo (Kiyev, Ukrayna) 2:0 (3:2)
ÇSKA (Sofiya, Bolqarıstan) – Qarabağ (Azərbaycan) 0:0, penaltilər 5:4 (0:0)
Anderlext (Belçika) – Hammarbü (İsveç) 3:1 (1:1)
Ferentsvaroş (Macarıstan) – Tvente (Niderland) 2:2 (2:1)
Benfika (Portuqaliya) – Senkt Qallen (İsveçrə) 5:0 (1:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!