Pley-off-a yüksələn bütün komandalar - Avropa Liqasında NƏTİCƏLƏR

01:40 Avropa Liqası 75
Pley-off-a yüksələn bütün komandalar - Avropa Liqasında NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu gün 3-cü təsnifat mərhələsinin daha 11 cavab görüşü keçirilib.

“Beşiktaş” Çexiya təmsilçisi “Hradeç”lə görüşüb və ilk oyundakı kimi 1:0 hesablı qələbə qazanaraq pley-offa yüksəlib.

Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" (Kipr) öz meydanında "Zalsburq"la qarşılaşıb.

3:3 hesabı ilə başa çatan görüşdə Murad baxımlı qola imza atıb. "Pafos" ilk oyunda uduzduğundan (0:1) Avroliqada mübarizəni başa vurub.

Daha bir azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniyada “Şemrok Rovers”i darmadağın edərək növbəti mərhələyə adlayıb. 90 dəqiqə meydanda olan Zamiq 71-ci dəqiqədə sarı vərəqə alıb.

"Beşiktaş" (Türkiyə) – "Hradeç" (Çexiya) - 1:0

İlk oyun -1:0

"Qurnik" (Polşa) – "Ferentsvaroş" (Macarıstan) - 1:1

İlk oyun - 0:1

"Omoniya" (Kipr) – "Linkoln" (Cəbəllüttariq) - 1:0

İlk oyun - 1:1

"Pafos" (Kipr) – "Zalsburq" (Avstriya) - 3:3

İlk oyun - 0:1

"Universitatya" (Krayova, Rumıniya) – "KuPS" (Finlandiya) - 2:1

İlk oyun - 1:1

"Vikinqur" (İslandiya) – "Tyun" (İsveçrə) - 3:2

İlk oyun - 0:3

SSKA (Sofiya, Bolqarıstan) – "Makkabi" (Təl-Əviv, İsrail) - 1:3

İlk oyun - 3:0

"Anderlext" (Belçika) – PAOK (Yunanıstan) - 3:2

İlk oyun -1:0

"Reyncers" (Şotlandiya) – "Yagelloniya" (Polşa) - 1:1

İlk oyun -1:2

"Harts" (Şotlandiya) – "Benfika" (Portuqaliya) - 1:1

İlk oyun - 1:6

"Eqnatiya" (Albaniya) – "Şemrok Rovers" (İrlandiya) - 5:1

İlk oyun - 1:3

11 avqust

"İberiya" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) - 2:1

İlk oyun - 0:0

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER