“Qarabağ”ın mümkün rəqibi bəlli oldu - “Makkabi”

31 İyul 00:20 Avropa Liqası 1 230
“Qarabağ”ın mümkün rəqibi bəlli oldu -  “Makkabi”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi” (Təl-Əviv) “Şerif”i (Moldiva) mübarizədən kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, İsrail təmsilçisi ilk matçda səfərdə 5:0 hesabı ilə məğlub etdiyi rəqibinə cavab oyununda da qalib gəlib - 1:0.

Yeganə qolu 29-cu dəqiqədə Kone öz qapısına vurub.

“Makkabi” iki oyunun nəticəsinə əsasən 6:0 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Qarabağ” SSKA səddini keçəcəyi təqdirdə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi