Əliyev üzüntü yaşadı, “Beşiktaş” Liqa mərhələsinə yüksəldi - Avroliqada NƏTİCƏLƏR

01:00 Avropa Liqası 80
Əliyev üzüntü yaşadı, “Beşiktaş” Liqa mərhələsinə yüksəldi - Avroliqada NƏTİCƏLƏR

Avropa Liqasında Liqa mərhələsinin son iştirakçılarının adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, pley-offun 12 cavab oyununun hamısı eyni gündə keçirilib.

Türkiyə təmsilçilərindən "Beşiktaş" Litvada "Kauno Jalgiris"lə qarşılaşıb.

Matç Litva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, İstanbul klubu ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyinə görə mərhələ adlayıb.

"Trabzonspor" isə ilk görüşdə uduzduğu "Ferentsvaroş"a Macarıstanda da məğlub olub və mübarizəni dayandırıb.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" isə "Lillestrom" səddini aşa bilməyib. Komanda ilk görüşdə heç-heçəyə nail olsa da, cavab qarşılaşmasında 1:2 hesabı ilə uduzub.

Belə ki, "Lillestrom" əlavə vaxtadək uzanan görüşdə daha 1 qol vurmağı bacarıb. Zamiq də bu oyunda iştirak edib. O, meydana 99-cu dəqiqədə Eion Sotanın əvəzinə çıxıb.

20:00. “İberiya” (Gürcüstan) – “Yagelloniya” (Polşa) - 1:2

Qollar: Naçxebiya, 35 - İmaz, 31-pen; Klinge, 70

İlk oyun - 0:4

20:00. “Ararat-Armenia” (Ermənistan) – “Universitatya Krayova” (Rumıniya) - 1:0

Qol: Lima, 90+8

Qırmızı vərəqə: Mora, 90+11 ("U. Krayova")

İlk oyun - 1:1

21:00. “Kauno Jalgiris” (Litva) – “Beşiktaş” (Türkiyə) - 1:0

Qol: Oliveyra, 64

İlk oyun - 0:3

21:00. “Omoniya” (Kipr) – “Sent-Trüden” (Belçika) - 4:2

Qollar: Dioni, 16-pen; 29, 50, Panaqiotu, 83 - Sebaui, 33-pen, 90+2

İlk oyun - 0:1

21:00. “Lillestrom” (Norveç) – “Eqnatiya” (Albaniya) - 2:1

Qollar: Moen Foss, 82, Olsen, 94 - Sota, 33

İlk oyun - 0:0

21:00. “Viktoriya” (Çexiya) – “Srvena Zvezda” (Serbiya) - 5:1

Qollar: Adu, 8, Visinski, 58-pen; Hrosovski, 63, Kabonqo, 90+5-pen; Krik, 96 - İvaniç, 11

Qırmızı vərəqə: Bukari, 53 ("Srvena Zvezda")

İlk oyun - 0:3

21:00. “Zalsburq” (Avstriya) – “Myölbyu” (İsveç) - 3:0

Qollar: Konate, 61, 68, Tabakoviç, 80

İlk oyun - 1:0

22:00. SSKA (Bolqarıstan) – OFİ (Yunanıstan) - 0:2

Qollar: Nuss, 36, Tedosulakis, 78

İlk oyun - 0:3

22:00. “Orhus” (Danimarka) – “Benfika” (Portuqaliya) - 1:3

Qollar: Karstensen, 60 - Prestianni, 19, 61, Silva, 56

İlk oyun - 1:3

22:00. “Tun” (İsveçrə) – “Lex” (Polşa) - 2:2

Qollar: Lenqen, 22, Dursun, 43 - Qumni, 17, Valemark, 68

İlk oyun - 0:7

22:30. “Anderlext” (Belçika) – “Kayrat” (Qazaxıstan) - 3:0

Qollar: Cvetkoviç, 45+2-pen; Sikan, 54, Biankoni, 71

İlk oyun - 3:0

22:30. “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə) - 4:0

Qollar: Odavda, 19, Korbu, 54, Yusuf, 59-pen; Liştez, 86

Qırmızı vərəqə: Malinovski, 13, Kabral, 57 (ikisi də "Trabzonspor")

İlk oyun - 1:0

Digər Xəbərlər
Xəbər Lenti