“Təbii ki, inanırdıq. Meydana çıxanda yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın yarımmüdafiəçisi Abdula Xaybulayev Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda evdə “Borussiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları oyun haqda dryib.
– Oyun gözlədiyinizdən çətin idi ya asan?
– Bəli, təbii ki, güclü rəqibdir. Onlar Almaniya çempionatında hazırda birinci yerdədirlər. Buna görə də bizi güclü rəqibin gözlədiyini bilirdik. Belə bir oyun gözləyirdik. Amma düşünürəm ki, onlarla oynamaq mümkündür.
– Bu oyundakı yorğunluq qarşıdakı “Qarabağ”la oyuna təsir edəcəkmi?
– Bəli, düşünürəm ki, yorğunluq olacaq. Bəlkə də “Qarabağ”la oyunda bəzi rotasiyalar edəcəyik. Baxarıq, vəziyyət necə olacaq.
– Oyuna çıxarkən qələbə qazanacağınıza inanırdınızmı?
– Təbii ki, inanırdıq. Meydana çıxanda inanırdıq ki, yaxşı oynaya və qələbə qazana bilərik. Təəssüf ki, məğlub olduq.
