"Araz"ın suyunu "qurutdular" - Dəniz kənarından VİDEO

22 Aprel 00:30 Araz-Naxçıvan 228
"Araz"ın suyunu "qurutdular" - Dəniz kənarından VİDEO

Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyunda "Araz-Naxçıvan" "Səbail"i qəbul edib.

"Liv Bona Dea" arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.

Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyinə şərik olub.

Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.

“Liv Bona Dea Arena”, 200 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Numan Kurdiç, 34 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 39 (qeyri-idman hərəkəti) // Adil Nağıyev, 35 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fuad Əsədov (“Səbail”), 36 (hakimin qərarına etiraz)
Qollar: Aleksandr Ramalinqom, 32 (p.); Yusif Nəbiyev, 75
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Araz-Naxçıvan”
12. Kristian Avram
6. Vadim Abdullayev
10. Orxan Əliyev (k)
55. Zamiq Əliyev
2. Abdulla Rzayev
(22. Elçin Mustafayev, 87)
9. Elvis Maşike
(8. İsmail Azzaui, 46)
(7. Nicat Süleymanov, 69)
23. Nuno Rodriqes
42. Kadiri Mohammed
14. Miço Kuzmanoviç
4. İqor Ribeyro
27. Numan Kurdiç
(29. Vanderson Melo, 46)

Ehtiyat oyunçular:
91. Semir Bukviç
1. Vüsal Şabanov
17. İldar Alekperov
88. Tuqay Əlizadə
11. Ramin Nəsirli
13. Mirəli Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”
1. Səlahət Ağayev
5. Adil Nağıyev (k)
74. Yusif Nəbiyev
(10. Ağabala Ramazanov, 90+4)
17. Rafael Məhərrəmli
11. Rüfət Abdullazadə
(44. Yadin Luqasi, 72)
88. Valdemar Almeyda
9. Aleksandr Ramalinqom
(55. Nir Bardea, 90+4)
27. Pedro Nuno
3. Silvayin Deslandes
21. Anas Najah
7. Madi Queta
(14. Suleyman Alluş, 72)
Ehtiyat oyunçular:
12. Hüseynəli Quliyev
6. Cabir Əmirli
15. Vüqar Həsənov
8. Bahadur Həziyev
Baş məşqçi: Şahin Diniyev

Digər Xəbərlər
Xəbər Lenti