Yeni baş məşqçi "Neftçi" önünə niyə tək çıxmışdı? - MÜƏMMA

15 Aprel 23:00 Araz-Naxçıvan 1 281
Yeni baş məşqçi "Neftçi" önünə niyə tək çıxmışdı? - MÜƏMMA

Elmar Baxşıyev “Araz Naxçıvan”ın baş məşqçi postunda ilk oyununu “Neftçi”yə qarşı keçirdi.

Premyer Liqanın 30-cu turuna təsadüf edən debüt matçında onun komandası məğlub oldu – 0:3.

Qarşılaşmanın gedişində diqqət çəkən məqam təcrübəli mütəxəssisin ehtiyat skamiyada tək olması idi.

Düzdü, sabiq baş məşqçi Azər Bağırovun dönəmindən klubda olan məşqçilər - Vadar Nuriyev və Rail Məlikov onun yanındaydı.

Söhbət isə “Qəbələ”dəki məşqçilər korpusundan gedir.

Halbuki o, təyinatından sonra kollektivi məşqlərə məhz bölgə klubunda bir yerə işlədiyi Rasim Ramaldanov və Xəqani Məmmədovla birgə çıxarmışdı.

Əldə etdiyimiz məlumata görə, ikilinin “Neftçi” ilə matçda Baxşıyevin yanında olmamaları sənədləri ilə bağlıdır.

Yaxın günlərdə problem öz həllini tapacaq və növbəti oyundan hər iki məşqçi ehtiyat skamiyada öz yerini alacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti