5 il əvvəl darmadağını görmüşdü, indi də “Qarabağ” üçün gəldi

16:40 Araşdırma 174
5 il əvvəl darmadağını görmüşdü, indi də “Qarabağ” üçün gəldi

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa hakim təyinatları məlumdur.

Qarşılaşmanı norveçli hakimlər idarə edəcək.

Referi Espen Eskos olacaq.

Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

37 yaşlı hakim ilk dəfə 2015-ci ildə Norveçin yüksək dəstə oyunlarına təyinat alıb. 2017-ci ildə isə FİFA-dan ona “beynəlxalq dərəcəli hakim” statusu vrilib.

İlk döbvrlərdə əsasən aşağı yaş qruplarından ibarət milli komandaların matçlarına təyinat alan Espen 2019/20 mövsümündə ilk dəfə avrokubok qarşılaşmasını idarə edib. İndiyə qədər 43 avrokubok görüşündə baş hakim qismində iş başında olub.

Hər nə qədər maraqlı olsa da, Eskos indiyə qədər Azərbaycan təmsilçilərinin avrokuboklardakı oyunlarını idarə etməyib.

Heç “Nyukasl”dakılara da tanış sima deyil.

Buna baxmayaraq, 5 il əvvəl Bakıya səfər edib.

2021-ci ilin sentyabrında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin İrlandiya seçməsi ilə qarşılaşmasında fit çalıb.

Bakı Olimpiya Stadionunda gerçəkləşən matçda irlandlar 3:0 hesablı darmadağına sevinib.

Həmin gün meydanda olan futbolçulardan Abbas Hüseynovla Toral Bayramov hazırda “Qarabağ”ın sıralarındadır.

Şahruddin Məhəmmədəliyev zədədən əziyyət çəkirsə, Ramil şeydayevin adı Çempionlar Liqasının iştirak ərizəsinə salınmayıb.

Karyerası ərzində bütün turnirlərdə 406 matçda söz sahibi olan norveçli referi bu oyunlarda cəmi 49 qırmızı vərəqə göstərib.

Əvəzində, qapılara təyin etdiyi penaltilərin sayı “göz oxşayır” – 120 dəfə.

Fevralın 18-də baş tutacaq “Qarabağ” – “Nyukasl” dueli saat 21:45-də start götürəcək.

Cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da İngiltərədə reallaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...