Nərimanın yeni klubunun eməni icması - GİZLİ DETALLAR

21:00 Araşdırma 401
Nərimanın yeni klubunun eməni icması - GİZLİ DETALLAR

“Qarabağ”ı ABŞ təmsilçisi “Kolombus Kryu”ya dəyişən Nəriman Axundzadəni burada heç də asan yolçuluq gözləmir.

Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu əsas heyətdə möhkəmlənmək üçün yerli və əcnəbi həmkarları ilə rəqabətə hazır olmalıdır.

Nərimanın əsas rəqiblərindən biri kim olsa yaxşıdır?

ABŞ millisinin istedadlı futbolçularından olan erməni əsilli Maksimilian Arfsten.

“Kolombus Kryu”nun heyətində son 2 ildə bütün turnirlərdə meydana çıxdığı 95 qarşılaşmada 15 qol vurub, 15 assistlə fərqlənən Maksi hazırda ABŞ-ın ən bacarıqlı futbolçularından hesab olunur.

Əsasən sol cinah vingeri mövqeyində şans qazanan Arfsten 2001-ci ildə Fresnoda (Kaliforniya) anadan olub.

Maksimilian Arfsten Fresnodakı erməni icmasından olan tanınmış iş adamı Samuel Siroonyanın nəvəsidir. Siroonyanın özü erməni mühacirlərinin ailəsindən olub və yerli diasporda fərqlənən şəxs kimi tanınıb.

Arfsten erməni əsilli olmasına baxmayaraq, Ermənistan millisini yox, məhz ABŞ seçməklə diqqətləri üzərinə çəkib. Müsahibələrinin birində bunu böyük turnirlərdə oynamaq istəyi ilə əlaqələndirib.

Amerikadakı erməni icması Siroonyanın nəvəsini diqqətdə saxlayır, onun üçün stadionlara axışır və daha çox tanınmasına nail olmaq üçün sosial şəbəkələrdə təbliğatı ilə məşğul olurlar.

Ümid edək ki, Nəriman öz oyunu və xarakteri ilə həm “Kolombus Kryu”da özünə yer edə biləcək. Həm də vuracağı qollarla erməni icmasına Azərbaycanda bacarıqlı futbolçuların varlığını sübut edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti