Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

14 Fevral 08:10 Araşdırma 464
Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”​.

Bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.

“Başqa sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, - Sarqsyan deyib.

2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...