Premyer Liqada dörd oyunçu 20-ci turda meydana çıxmayacaq

14 Fevral 02:10 Araşdırma 534
Premyer Liqada dörd oyunçu 20-ci turda meydana çıxmayacaq

Misli Premyer Liqasının 19-cu turundan sonra bir sıra futbolçular növbəti oyunlarda iştirak edə bilməyəcəklər.

Sportinfo.az xəbər verir ki, dörd oyunçu cəza səbəbindən 20-ci turda meydana çıxmayacaq.

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov “Qəbələ” ilə matçda birbaşa qırmızı vərəqə aldığı üçün “Kəpəz”lə səfər görüşünü buraxacaq.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade, “İmişli”nin oyunçusu Edvin Banquera və “Turan Tovuz”un futbolçusu Filip Ozobiç 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Onlar müvafiq olaraq “Sumqayıt”, “Qarabağ” və “Şamaxı” ilə oyunlarda iştirak etməyəcəklər.

Misli Premyer Liqasının 20-ci turunun görüşləri fevralın 14-dən 16-dək baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...