“Neftçi” onu itirdi, kolumbiyalı “Qarabağ”a qarşı oynamayacaq

16:40 Araşdırma 230
“Neftçi” onu itirdi, kolumbiyalı “Qarabağ”a qarşı oynamayacaq

Premyer Liqanın 20-ci turu bəzi məşqçi vıə futbolçular üçün tamaşa meydanı olacaq.

Dördü futbolçu, biri baş məşqçi olmaqla beş nəfər texniki zonaya buraxılmayacaq.

Maraqlıdır ki, futbolçuların hər biri komandasının əsas heyət üzvü sayılır.

Bunlar “İmişli”nin kolumbiyalı müdafiəçisi Edvin Banquera, “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiç, “Araz-Naxçıvan”ın vacib fiquru Patrik Andrade, “Neftçi”nin arxa xətt oyunçusu Elvin Bədəlov və “Qəbələ”nin çalışdırıcısı Kaxaber Tsxadadzedir.

Tsxadadze ilə Bədəlov qırmızı vərəqənin bədəlini ödəyirsə, digərləri sarı vərəqə limitini doldurub.

Fevralın 14-də “Zirə” – “Karvan-Yevlax”, “İmişli” – “Qarabağ”, ertəsi “Kəpəz” – “Neftçi”, “Araz-Naxçıvan” – “Sumqayıt”, fevralın 16-da “Qəbələ” – “Sabah”, “Şamaxı” – “Turan Tovuz” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti