Azərbaycandan yalnız iki klubu SEVİNDİRƏCƏK XƏBƏR

11 Fevral 23:20 Araşdırma 2 543
Azərbaycandan yalnız iki klubu SEVİNDİRƏCƏK XƏBƏR

“Sabah” və “Qarabağ” cari mövsüm milli çempionatlarda ən az qol buraxan komandalar sırasındadır.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının liderləri güclü müdafiə xətti ilə seçilirlər.

Hər iki komanda mövsümün geridə qalan hissəsində qapısında 12 top görüb. “Sabah” bunu 19, “Qarabağ” isə 18 matçda reallaşdırıb. Orta hesabla hər qarşılaşmaya müvafiq olaraq 0,63 və 0,66 qol düşür.

Bu göstərici sayəsində “Sabah” Avropanın ən yaxşı 16-cı, “Qarabağ” isə 20-ci komandasıdır. Maraqlıdır ki, “böyük beşlik” ölkələrindən yalnız “Roma” bu statistikada təmsilçilərimizdən öndədir.

“Canavarlar” İtaliya A Seriyasının 23 matçında 14 qol buraxıb ki, orta hesabla bu, 0,61 qol deməkdir.

Reytinqə San Marinonun “Tre Fiori” klubu başçılıq edir. Adıçəkilən komanda çempionatın 19 oyununda cəmi 5 dəfə mərkəzə dəvət olunub – 0,26.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...