Respublika ərazisində yağıntılar nə vaxt kəsiləcək?

11 Fevral 08:00 Araşdırma 535
Respublika ərazisində yağıntılar nə vaxt kəsiləcək?

“Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək.

Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir”.

Bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək:

“Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. B

ölgələrdə də sabah yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır”.

Gülşad Məmmədova deyib ki, fevralın 10-12-də yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...