“Neftçi” ilə “Qarabağ” aparıcı legionerlərini itirdi - 7 nəfərlik “QARA SİYAHI”

7 Fevral 20:00 Araşdırma 1 749
“Neftçi” ilə “Qarabağ” aparıcı legionerlərini itirdi - 7 nəfərlik “QARA SİYAHI”

Premyer Liqanın 19-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

6-sə futbolçu, 1-i baş məşqçi olmaqla 7 nəfər oyunlarda iştirak edə bilməyəcək.

Bunlar “Neftçi”dən Freddi Varqasla İqor Ribeyro, “Qarabağ”dan Marko Yankoviç, “Şamaxı”dan Rikardo Apolinario, “Karvan-Yevlax”dan Elvin Yunuszadə, “Sumqayıt”dan Keffel Resende və “Qəbələ”nin çalışdırıcısı Kaxaber Tsxadadzedir.

Futbolçuların hər biri sarı vərəqə limitini doldurduğu halda, Tsxadadze 16-cı turda “Qarabağ”lı oyunda qeyri-etik ifadələr işlətdiyinə görə 4 oyunluq cəzanı çəkir.

Fevralın 8-də “Sabah” – “Araz-Naxçıvan”, “Sumqayıt” – “Zirə”, ertəsi “İmişli” – “Kəpəz”, “Turan Tovuz” – “Karvan-Yevlax”, fevralın 10-da “Şamaxı” – “Qarabağ”, “Neftçi” – “Qəbələ” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...