"Vatsap"dan yeni funksiya - "Qonaq söhbətləri”

6 Avqust 2025 08:10 Araşdırma 717
"Vatsap"dan yeni funksiya -

Android üçün vatsapın Beta versiyasında tətbiq istifadəçilərinə qeydiyyatdan keçməmiş şəxslərlə mesaj mübadiləsi aparmağa imkan verəcək “Qonaq söhbətləri” adlı funksiya aşkarlanıb.

Bu haqda “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, yeni çat yaradarkən istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət variantını seçə biləcək. Tətbiq həmsöhbətə göndərilə bilən unikal bir keçid yaradacaq. Bunun üzərinə klikləməklə, alıcı artıq yaradılmış söhbətlə vatsapın veb versiyasını açacaq.

“Qonaq söhbətləri” çərçivəsində ünsiyyət vaxt məhdudiyyəti olmadan, lakin müəyyən funksional məhdudiyyətlərlə mümkündür: yalnız mətn yazışmaları mövcuddur.

Media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir. Eyni zamanda, bütün mesajlar adi söhbətlər kimi ucdan-uca şifrələmə ilə qorunur.

Həmsöhbət gələcəkdə tətbiqdə qeydiyyatdan keçərsə, qonaq çatını yadda saxlamaq və dialoqu standart formatda davam etdirmək imkanı əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti