Azərbaycanda “havada qalanlar”ın SİYAHISI

1 Avqust 20:40 Araşdırma 1 147
Azərbaycanda “havada qalanlar”ın SİYAHISI

Premyer Liqa təmsilçiləri axtarışlarını davam etdirir.

Yerli futbolçu bazarında çalışmalarını böyük ölçüdə tamamlayan elita iştirakçıları diqqətini xarici bazara ayırıb.

Bəzi azərbaycanlı futbolçular var ki, növbəti mövsümdəki iş yerləri bilinmir. “Havada qalanlar”ın arasında təcrübəlilərin üstünlük təşkil etməsi sual doğuran məqamdır.

Məsələn, vaxtilə ən tələbatlı futbolçulardan olan Namiq Ələsgərov “Sabah”dan ayrılandan bu yana klubsuzdur.

Maddi baxımdan “Kəpəz”lə fikirləri üst-üstə düşməyən Rauf Hüseynli? Onun da klubsuz günləri davam edir.

Siyahını “Neftçi”ylə müqavilə müddəti başa çatan Azər Əliyev, 2 il əvvəl “Dauqavpilis”də oynayıb, ötən mövsümü zədə səbəbindən boşa verən Ramin Nəsirli, “Səbail”dən tanıdığımlz Samir Abdullayevlə ilə davam etdirmək olar.

Son olaraq İlkin Qırtımov da adını siyahıya yazdırdı.

Adlarını çəkdiyimiz futbolçuların bəziləri Premyer Liqa klublarından təklif alıb. Lakin maliyyə şərtlərində razılığa gələ bilmədikləri üçün anlaşma əldə etmək mümkün olmayıb.

I Liqanın iddialısı “Şəfa” da bəzilərinə ttəklif göndərib. Aşağı dəstədə oynamaq istəmədiklərini deyərək imtina edənlər var.

Klubsuz qalanların bu gün üçün yeganə ümid yeri ölkəni tərk edərək legioner həyatı yaşamaqdır. Əsas hədəf isə Türkiyədə oynamaqdır. Görək, kimdə necə alınacaq.

Legioner limitinin aradan qaldırılmasından sonra bu cür mənzərənin yaranacağı gözlənilən idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!