Həftəsonunadək anomal istilər olacaq - XƏBƏRDARLIQ

30 İyul 08:00 Araşdırma 153
Həftəsonunadək anomal istilər olacaq - XƏBƏRDARLIQ

Həftəsonunadək ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39 dərəcə, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34 dərəcə,

Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-də isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!