Azərbaycan klublarının oyunları 3 fərqli telekanalda

28 İyul 02:30 Araşdırma 500
Azərbaycan klublarının oyunları 3 fərqli telekanalda

Azərbaycan klublarının Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşləri 3 fərqli telekanalda canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, iyulun 31-də "Sabah"ın Moldova "Petrokub"u ilə ev oyununu İctimai Televiziya ekranlara gətirəcək.

Qarşılaşma saat 20:00-da başlanacaq.

"Araz-Naxçıvan"ın Yunanıstanda "Aris"ə qarşı matçını Bakı vaxtı ilə saat 22:15-dən etibarən İdman TV tamaşaçılara təqdim edəcək.

Saat 23:00-da isə "Zirə"nin Xorvatiyada "Hayduk"la qarşılaşmasını CBC Sport vasitəsilə izləmək mümkün olacaq.

"Araz-Naxçıvan" və "Zirə"nin səfər matçları üst-üstə düşəcəyindən, oyunların fərqli telekanallarda yayımlanması zərurəti yaranıb.

Bu səbəbdən, İdman TV yayım hüququnu böyük ölçüdə əldə edib. Naxçıvan təmsilçisinin mətbuat katibi Mahal Məmmədov Teleqraf-a bildirib ki, yayım məsələsi iyulun 28-də tam dəqiqləşəcək.

İyulun 30-da "Qarabağ" İrlandiya "Şelburn"u ilə Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. Matç saat 20:00-dan etibarən CBC Sport vasitəsilə canlı yayımlanacaq.

İlk oyunlarda "Qarabağ" səfərdə 3:0, "Sabah" 2:0, "Araz-Naxçıvan" evdə 2:1 hesablı qələbə qazanıb. "Zirə" isə "Hayduk"la heç-heçə edib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?