Güclü külək əsəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

20 Aprel 2023 21:50 Araşdırma 1 058
Güclü külək əsəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?